Prosineçki 7 dəfə ucuzlaşıb

Prosineçki 7 dəfə ucuzlaşıb
Dünən Bosniya və Hersoqovina millisi ilə sözləşmə imzalayan Robert Prosineçkinin maaşı məlum olub.

Sport7.az xəbər verir ki, xorvatiyalı mütəxəssisə ayda 15 min avro ödəniləcək. Bu barədə "futbolinfo.az" məlumat yayıb.

Aylıq 15 min avro qazancı olan Prosineçki bosniyalılardan ildə 180 min avro alacaq. Azərbaycanda isə onun illik maşı 1,2 milyon avro idi. Bu rəqəm AFFA rəhbərliyi tərəfindən rəsmən açıqlanmışdı.

Belə məlum olur ki, Prosineçki Bosniya və Hersoqovina millisində Azərbaycandakınan 6,6 dəfə, yuvarlaq desək 7 qat ucuz qiymətə çalışacaq. Ya bizimkilər Prosineçkiyə layiq olduğundan artıq əməkhaqqı veriblər, ya da son 3 ildə Robi bu qədər ucuzlaşıb. Üçüncü ehtimalın olması da mümkündür...

Sport7.az

Xəbər lenti