Prosineçki baş məşqçi olmaq üçün 800 min avro istəyib

Prosineçki baş məşqçi olmaq üçün 800 min avro istəyib
Yığmamızın baş məşqçisi Robert Prosineçki Sloveniyanın sükanı arxasına keçə bilər. 

Sport7.az xəbər verir ki, bu haqda Sloveniya mətbuatı məlumat yayıb. Xəbərə görə, xorvatiyalı mütəxəssis ildə 800 min avro əmək haqqı qarşılığında bu postu tutmağa hazır olduğunu bildirib.

Lakin Sloveniya Futbol İttifaqının (NZS) prezidenti Rade Miyatoviç bildirib ki, bu qədər məbləği ödəmək imkanında deyillər: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. NZS-in maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik".

Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə Robert Prosineçki ilə yanaşı, İvitsa Osim, Çiro Blajeviç, Matyaj Kek, Saffet Suşiç və Marsel Koler də namizəd göstərilir. NZS-in illik əmək haqqı maksimum 300 min avro olan baş məşqçi axtarışında olduğu bildirilir. (report) 
 
Sport7.az 

Xəbər lenti