Prosineçki

Prosineçki "Neftçi"nin futbolçusunu istəyir

"Neftçi"nin legioneri Türkiyə komandalarının maraq dairəsinə düşüb.
 
Sport7.az xəbər verir ki, qardaş ölkə təmsilçiləri "Neftçi"nin yay fasiləsində transfer etdiyi Yusuf Lavalla maraqlanır. Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakıda "Qalatasaray” klubu ilə oyunda yaxşı təsir bağışlayan futbolçunu "Dənizlispor” heyətində görmək istəyir. Klub nümayəndələri Lavalın çıxışını diqqətdə saxlayırlar.

Nigeriyalı oyunçu özünü yaxşı tərəfdən göstərməkdə davam etsə, klub nümayəndələri "Neftçi” ilə danışıqlara başlayacaqlar

"Dənizlispor”un baş məşqçisi vaxtilə milli komandamızda çalışmış Robert Prosineçkidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR