"Prosineçki reklam qazanıb, burdan uzaqlaşmaq niyyətindədi" - Azər Bağırov

Gənc mütəxəssislərimizdən olan Azər Bağırov yığmamızın bu gün millimizin Bakı Olimpiya Stadionunda baş tutacaq Çexiya ilə oyunu haqda fikirlərini bildirib.

O Sport7.az-a açıqlamasında bunları söyləyib:

"Evdə oynadığımız üçün üstünlüyün bizim tərəfimizdə ola biləcəyini fikirləşirəm. Demək olar DÇ-nin final mərhələsinə çıxacaq komandalar bəllidi. Bunu beynəlxalq təcrübə kimi qiymətləndirmək mümkündü. Futbolçular üçün təcrübə ola bilər. Bu üzdən ehtiyatda qalan futbolçular oynasa daha yaxşı ola bilər. 

Amma Prosineçkiyə qələbə, Azərbaycana da xallar toplamaq lazımdı. Ona görə də baş məşqçi gethagetdə qələbə qazanmaq istəyir. 2 oyun qalıb. Yəqin ki, özü üçün yaxşı reklam qazanıb burdan uzaqlaşmaq niyyətindədi. Məndə olan informasiyaya görə Prosineçki Azərbaycanda qalmaq istəmir. 

Yəqin ki, öz klublarında start heyətdə oynamayan futbolçular dedikdə Rahid Əmirquliyevi və daha bir neçə oyunçunu nəzərdə tutursuz. Yenə də onlar həmin futbolçulardı ki, yığmada böyük təcrübələri var. Belə baxanda problem olmaz. Amma bu yoldaşlıq görüşü deyil. Əsas heyət üzvləri oynasa daha yaxşı olardı mənim fikrimcə. 

Şansızmız həmişə var. Oun üslubuna gəlincə, Prosineçki əsasən rəqibi öz meydançasında sıxmaq istəyir, futbolçulara rahatlıq verir. Əvvəlki illərə nisbətən hücumu müdafiədən deyil, daha irəlidən başlayırıq. Bunun özü üstünlük sayılır. Psixoloji cəhətdən futbolçularda təzyiq də yoxdu. Futbolçular "Nə edəcəm?" deyə düşünmürlər. Rəqibi öz meydanında sıxsan həm az güc sərf edərsən, həm də psixoloji üstünlük əldə edərsən. Yəni meydançaya məlub hissi ilə çıxmırsan. Şansımızı hardasa 60-40-a faiz nisbətində dəyərləndirirəm. Çünki çexlər üçün bu oyun vacib deyil. Artıq kimin final mərhələsinə yüksəldiyi bəllidi. Lap 3-cü yerə yüksəlsələr bu onlara nə verəcək? O mənada deyirəm ki, bizimlə onların arasında oyun baxımından fərq var. Həm də onların futbolçularının məbləği bizim AFFA-nın büdcəsindən qat-qat çoxdu. Həm də bu Rəşad Sadıqovun sonuncu oyunudu. Komandamız üçün əlavə motivasiya ola bilər".

Sport7.az

Xəbər lenti