Prosineçki rəsmən Azərbaycan yığmasında - Son dəqiqə

Prosineçki rəsmən Azərbaycan yığmasında - Son dəqiqə

Azərbaycan milli komandasının baş məşqçisi rəsmən müəyyənləşib. Sport7.az xəbər verir ki, bununla bağlı bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Komitə gözlənildiyi kimi baş məşqçi postunu Robert Prosineçkiyə həvalə edib. Xorvat mütəxəssis bu postda Xorvatiya ilə oyundan (0:6) sonra istefa verən Berti Foqtsu əvəzləyib.

Prosineçki 1969-cu ildə Almaniyada doğulub, ana vətəni Xorvatiyada böyüyüb. Futbolçu karyerasına Zaqreb "Dinamo”sunda başlayan Prosineçki daha sonra "Srvena Zvezda”nın (Serbiya) şərəfini qoruyub. Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu İspaniyanın "Real”, "Ovyedo”, "Barselona”, "Sevilya”, Belçikanın "Standard”, İngiltərənin "Portsmut”, Xorvatiyanın "Draqovolyaç", "Zaqreb" və Sloveniyanın "Olimpiya" klublarının formasını geyinib.

Millimizin yeri baş məşqçisi klub karyerası ərzində Yuqoslaviya çempionluğunu (3 dəfə), kubokunu (1), Çempionlar Liqasını (1), İspaniya Kubokunu (2), Superkubokunu (1), Xorvatiya çempionluğunu (3), Kubokunu (1), Superkubokunu (1) ıə Sloveniya Kubokunu (1) qazanıb.

Prosineçki 1989-1991-ci illərdə Yuqoslaviya milli komandasında (15 oyun, 4 qol), 1994-2002-ci illərdə Xorvatiya yığmasında (49 oyun, 10 qol) çıxış edib. Yuqoslaviyanın gənclər yığması ilə 1987-ci ildə dünya çempionu olub, 3 il sonra Avropa çempionatında gümüş medal qazanıb. O, DÇ-1988-də bürünc medallara sahib çıxan heyətdə yer alıb.

Məşqçi karyerasına 2006-cı ildə Xorvatiya millisində başlayan 45 yaşlı mütəxəssis 4 il köməkçi işləyib. Prosineçki 2010-2012-ci illərdə Serbiyanın "Srvena Zvezda", 2012-2013 mövsümündə Türkiyənin "Kayserispor" klublarını çalışdırıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR