Prosineçki seçimini etdi

Prosineçki seçimini etdi

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, eyni zamanda "Real" və "Barselona" komandalarının keçmiş yarımmüdafiəçisi Robert Prosineçki dünya futbolu tarixinin ən yaxşı oyunçusu ilə bağlı fikirlərini bölüşüb.

Sport7.az xəbər verir ki, Prosineçki Argentina yığmasının hücumçusu və "Barselona"nın kapitanı Lionel Messini bütün oyunçular arasında seçib. O, qeyd edib ki, Messi bütün digər futbolçulardan tamamilə fərqli futbol oynayır.

"Mənim üçün ən yaxşı oyunçu Messidir. Bəzi insanlar deyəcəklər: Dieqo Maradona, Kriştianu Ronaldu və Ronaldo. Onlar əla oyunçulardır, hansılar ki, fərqlənirlər. Ancaq əgər birini seçmək lazım gəlsə, mənim üçün Leo Messi ən yaxşıdır", - Prosineçki bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR