Prosineçki üçün neçə gün məzuniyyət nəzərdə tutulub? - RƏSMİ

Prosineçki üçün neçə gün məzuniyyət nəzərdə tutulub? - RƏSMİ
Çoxdandı Prosineçkidən xəbər-ətər yoxdu. Adam hardadı, nə işlə məşğuldu bilinmir. Yayın əvvəlindən istirahətə çıxan xorvatiyalı mütəxəssisə də "Gözüm üstə qaşım var" deyən də yoxdu. Bəs adamın məzuniyyəti nə vaxt bitəcək? Ümumiyyətlə, ona neçə günlük istirahət icazəsi verilib?

Bu suallara cavab almaq üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Firuz Abdulla ilə danışdıq. Firuz bəy Sport7.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:

"Sizə bir söz deyim. Əslində, belədi ki, sən dövlət işində çalışırsansa, əmək məcəlləsinə uyğun, hansı vəzifəni tutmağından asılı olmayaraq müqaviləndə məzuniyyət göstərilir. Qulluqçularda və adi işçilərdə bu ayrıdı. Orda staj məsələsi var, müəyyən illərdən sonra bir neçə gün artıq məzuniyyət yazılır. Bu dövlət işində çalışanlar üçündü. Amma mülki müqavilə ilə işləyən insanlar üçün məzuniyyət günləri filan yoxdu. Prosineçki də faktiki ştat işçisi deyil ki, konkret məzuniyyət vaxtı olsun. Amma onun müqaviləsinə bu barədə bənd salınıb. Yəni il ərzində Prosineçkiyə ümumilikdə 3 aylıq məzuniyyət nəzərdə tutulub. Məşqçi də bundan ölkə çempionatı filan olmadığı dövrlərdə, yəni qışda və yayda yararlanır".

Sport7.az

Xəbər lenti