Prosineçki yenə vədinə xilaf çıxdı

Prosineçki yenə vədinə xilaf çıxdı
Azərbaycan millisindən ayrılmağı gündəmdə olan Robert Prosineçki yenə də hamını aldadıb.
 
Sport7.azxəbər verir ki, xorvatiyalı mütəxəssis Çexiya ilə oyun öncəsi və sonrası keçirilən mətbuat konfranslarında Almaniydan Bakıya qayıdacağını qətiyyətlə bildirirdi. Lakin dünən milli komandanı Bakıya gətirən təyyarədə Prosineçki olmayıb.
 
Ehtimallara görə, xorvatiyalı mütəxəssis də Foqtsun yolu ilə gedəcək və AFFA ilə işbirliyi xarici ölkələrin birindəki otellərdən görüşdən sonra sona çatacaq.
 
Xatırladaq ki, yayda da ölkəsinə yollanan Prosineçkinin bir-neçə dəfə Bakıya gələcəyi tarix açıqlanmış, amma həmin vaxt onu Bakıda görən olmamışdı.
 
Sport7.az
 

Xəbər lenti