"Denizlispor" baş məşqçi Robert Prosineçki ilə yollarını ayırıb.
Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Denzilispor" 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqadakı 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.
Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Denizlispor"a baş məşqçi təyin olunub.
Sport7.az