Prosineçkiyə ağır zərbə

Prosineçkiyə ağır zərbə

Millimizin sabiq çalışdırıcısı Robert Prosineçki böyükhesablı məğlubiyyətə üzülüb.

Sport7.az xəbər verir ki, onun baş məşqçisi olduğu "Dənizlispor” Superliqanın ilk turunda "Göztəpə"yə 1:5 hesabıyla uduzub.

Dənizli təmsilçisinin İzmirə səfəri uğursuz olub. Birinci hissəni 0:3 hesabıyla məğlub bitiriblər. Fasilədən sonra daha iki qol buraxan "xoruzlar” bu qollardan yalnız birinin əvəzini çıxa biliblər.

"Dənizlispor” növbəti turda "Trabzonspor”u qəbul edəcək.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR