PSJ 18 yaşlı futbolçuya elçi düşüb

PSJ 18 yaşlı futbolçuya elçi düşüb

PSJ İspaniya yığmasının futbolçusu Xavyer Serranonu transfer etmək istəyir.

Sport7.az xəbər verir ki, ölkəsinin U-18 komandasında, eyni zamanda "Atletiko"da oynayan mərkəz yarımmüdafiəçisinin müqaviləsinə əsasən keçid qiyməti 26 milyon avrodur. Onun anlaşması 2022-ci ilin yayında başa çatacaq.

Paris təmsilçisi müqavilənin bitməsini gözləmək niyyətində deyil. Fransalılar qiyməti aşağı salıb bu yay Serranonu heyətinə qatmaqda maraqlıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR