PSJ "Barselona"ya 222 milyon avronu ödədi

PSJ
PSJ Neymar üçün 222 milyon avronu "Barselona"ya ödəyib. 

Sport7.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. 

Beləliklə, braziliyalı futbolçu Fransa çempionatının II turunda "Qenqam" ilə matçda iştirak edə bilər. 

Qeyd edək ki, daha əvvəl Neymarın yeni klubunda debütunun "Barselona"nın transfer sertifikatını Fransa Futbol Federasiyasına göndərmədiyinə görə gecikdiyi deyilirdi.
 
Sport7.az 

Xəbər lenti