PSJ-də ciddi itki, marta qədər oynamayacaq

PSJ-də ciddi itki, marta qədər oynamayacaq

PSJ Fransa Liqa1-nin 1-ci turundan "Mets”lə təxirə salınan oyununda ağır itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, müdafiəçi Xuan Bernat ciddi zədə alıb.

63-cü dəqiqədə meydana daxil olan cinah oyunçusu 85-ci dəqiqədə rəqiblə mübarizədə zədələnərək sıradan çıxıb. Dərhal paltardəyişmə otağına aparılan Bernatın ön çarpaz bağlarının qopduğu müəyyənləşib. Cərrahiyyə əməliyyatı keçirəcək futbolçu 6 aydan tez yaşıl meydanlara dönə bilməyəcək. Bu isə o deməkdir ki, Bernat gələn ilin martından tez kollektivə qoşulmayacaq.

Qarşılaşmanı 9 nəfərlə bitirən PSJ son dəqiqələrdə vurduğu yeganə qolla qələbə qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR