PSJ-də ciddi itki

PSJ-də ciddi itki

PSJ itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, komandanın qolkiperi Keylor Navas zədə alıb. Kosta-Rika millisinin üzvü Çempionlar Liqasının 1/4 final mərhələsində "Atalanta" (2:1) ilə görüşdə zədələnib.

Matçın 79-cu dəqiqəsində əvəzlənən 34 yaşlı qolkiperə əzələ dartılması diaqnozu qoyulub. Lakin Navas sabah tibbi yoxlamadan keçəcək və bunun nəticəsi şənbə günü açıqlanacaq. Onun Çempionlar Liqasının yarımfinal görüşünü buraxmaq ehtimalı yüksəkdir.

PSJ-nin yarımfinal matçı avqustun 18-də keçiriləcək. Fransa çempionu Almaniya Bundesliqasının üzvü "Leypsiq"lə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR