PSJ-dən Koutinyo üçün inanılmaz məbləğ

PSJ-dən Koutinyo üçün inanılmaz məbləğ
PSJ "Barselona"nın futbolçusu Filip Koutinyou transfer etmək niyyətindədi. 
 
Sport7.az xəbər verir ki, Braziliya yığmasının üzvü üçün PSG rekord məbləğ - 270 milyon avro təklif edib.
 
Lakin həmin pul birbaşa "Barselona"ya yox, futbolçunun agentinə ödəniləcək. Müqavilə 2023–cü ilə qədər nəzərdə tutulub. Deyilənlərə görə, Koutinyonun PSG klubuna gətirilməsi ideyası Neymara məxsusdu.
 
Ötən mövsüm Neymar "Barselona"dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya transfer olunmuşdu. 
 
Koutinyo isə bu ilin yanvarında "Liverpul"dan ayrılaraq İspaniyaya üz tutub. Bu transfer katalonlara 125 milyon avroya başa gəlib.
 
Sport7.az

Xəbər lenti