PSJ-dən Neymarla Kavaniyə təklif - penalti vurma 1 milyon qazan

PSJ-dən Neymarla Kavaniyə təklif - penalti vurma 1 milyon qazan
222 milyon avro ödəyərək Neymarı heyətinə qatan PSJ-də xoşagəlməz məqamlar davam edir.

Sport7.az xəbər verir ki, PSJ-nin "Lion"u 2:0 məğlub etdiyi matçda penalti vurmaq üstündə mübahisə edən Neymarla Kavani paltardəyişmə otağında dava etmişdilər. 

Növbəti oyunlarda da bu cür xaoşagəlməz halın baş verməməsi üçün klub rəhbərliyi məsələyə müdaxulə etmək qərarı verib. Belə ki, PSJ başqanı Nasser Əl Xəlifə penalti vurmaması üçün Kavaniyə 1 milyon avro təklif edib. Amma müqaviləsində mövsümü bombardir kimi tamamlayacağı təqdirdə, 1 milyon avro bonus alacağı ilə bağlı maddə olan Kavani rəhbərliyin təklifini rədd edib.

Daha sonra PSJ eyni təkliflə Neymarın qapısını döyüb və penalti zərbələrini Kavaniyə verməyi xahiş edib. Amma rəhbərlik bundan da istədiyi nəticəni ala bilməyib. Neymar da təklifi geri çevirib.

Sport7.az

Xəbər lenti