PSJ İkardini tam şəkildə transfer edəcək

PSJ İkardini tam şəkildə transfer edəcək

Mauro İkardi PSJ-nin futbolçusu olacaq.
 
Sport7.az xəbər verir ki, müqavilə ilə "İnter"ə məxsus olan argentinalının transfer hüququnu fransızlar tam şəkildə alacaq. İtaliya mətbuatının məlumatına görə İkardinin tam transferi ayın sonuna qədər yekunlaşdırılacaq.
 
İtalyanların yazdığına görə PSJ bunun üçün "İnter"ə 55-60 milyon avro ödəyəcək. İkardi isə bir mövsüm ərzində 10 milyon avro qazanacaq. PSJ futbolçu üçün 4 illik müqavilə hazırlayıb. 
 
Bu mövsüm hücumçu icarə əsasında oynasdığı PSJ-nin heyətində meydana çıxdığı 31 qarşılaşmada 20 qola imza atıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR