PSJ Neymarı satır:

PSJ Neymarı satır: "Mənə uğur üçün əlindən gələni edən futbolçu lazımdı"

PSJ Neymarla bağlı gözlənilməz qərar qəbul edib.

Sport7.az xəbər verir ki, bu haqda məşhur fransız nəşri "Ekip" məlumat yayıb. Məlumata görə Paris klubu braziliyalı ulduzu satmaq qərarına gəlib. Sərfəli təklif gələcəyi halda klub Neymarın satılmasına razılaşcaq.

İddiaya görə, PSJ-nin prezidenti Nassir Əl Xelafi bununla bağlı "Daha artıq superstar kaprizi çəkmək istəmirəm. Mənə çox çalışan, uğur üçün əlindən gələni edən futbolçu lazımdı. Buna razı deyilsə, qapı açıqdı" deyib.

Futbolçunun özünün də Parisdə xoşbəxt olmadığı və onun yenidən İspaniyaya dönmək istədiyi qeyd edilir.

PSJ Neymarı "Barselona"dan 222 milyon avroya almışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR