PSJ-nin braziliyalı ulduzunun evini oyun vaxtı soydular

PSJ-nin braziliyalı ulduzunun evini oyun vaxtı soydular

PSJ-nin braziliyalı stopperi Tyaqo Silva "nant"la mattçdan sonra şok xəbər alıb.
 
Sport7.az xəbər verir ki, 34 yaşlı futbolçunun evi oyun əsnasında soyulub. Fransa mətbuatının yaydığı məlumata görə yüksək təhlükəsizlik tədbirlərinə rəğmən oğrular evin damından içəri daxil olaraq Silvanın 600 min avro dəyərindəki qızıl-zinət əşyalarını götürüb. Digər tərəfdən oğruların futbolçuya aid və içində pasportunun da olduğu çantanı oğurladığı və ona ümumilikdə 1 milyon avro zərər verdikləri ortaya çıxıb. 
 
Ötən ay PSJ-nin digər futbolçusu Erik Çupo-Motinqin Parisdəki evi, "Liverpul"la Çempionalr Liqası matçı əsnasında soyulmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR