PSJ-nin futbolçuları maaşlarının azaldılması ilə razılaşmır

PSJ-nin futbolçuları maaşlarının azaldılması ilə razılaşmır

PSJ-nin ulduzu Neymar klub rəhbərliyinin maaş azaltmaq təklifinə razı olmayıb.
 
Sport7.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi maaşlarının azaldılması ilə bağlı danışıqlar aparsa da PSJ-nin bəzi futbolçuları bununla razılaşmır. Sözügedən futbolçular, Neymar, Edinson Kavani, Tyaqo Silva, Ander Herrera və Xuan Bernatdı. 
 
Fransa çempionatı koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb. PSJ-nin də bu səbəbdən təxminən 200 milyon avro itirəcəyi gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR