PSJ-nin futbolçusu rəsmən La Liqa klubunda (FOTO)

PSJ-nin futbolçusu rəsmən La Liqa klubunda (FOTO)

"Betis" satın alma opsiyasından faydalanaraq transfer haqları PSJ-yə məxsus olan Covanni Lo Çelsonun keçidini reallaşdırıb.

Argentinalı futbolçunun müqaviləsi 2023-cü ilə kimi nəzərdə tutulub. "Betis"in bir müddət komandada saxladıqdan sonra Lo Çelsonu 60 milyon avro qarşılığında satmaq istədiyi bildirilir.

22 yaşlı yarımmüdafiəçi "Real", "Barselona", "Mançester Siti" və "Liverpul" kimi klubların maraq dairəsindədi.

Cari mövsümdə "Betis"də icarə əsasında çıxış edən Lo Çelso La Liqada 8 dəfə fərqlənməklə yanaşı, 4 məhsuldar ötürmə müəllifi olub.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR