PSJ-nin futbolçusu

PSJ-nin futbolçusu "Yuventus"a keçməyə razılıq verib

PSJ-nin müdafiəçisi Markinyos karyerasını "Yuventus"da davam etdirməyə yaxındı.

"La Gazzetta dello Sport"un məlumatına görə, braziliyalı futbolçu Turin klubuna keçməyə razılıq verib. Lakin PSJ Neymar, Kilian Mbappe və Marko Verratti ilə yanaşı, Markinyosla da yollarını ayırmaq niyyətində deyil.

25 yaşlı oyunçunun Paris klubu ilə olan müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub. O, ilinə 6,5 milyon avro qazanır.

"Yuventus"un Miralem Pyaniçi keçidin parçası kimi istifadə edəcəyi təqdirdə, PSJ-nin transferə icazə verə biləcəyi ehtimal daxilindədi.

Markinyos altı mövsümdü PSJ-nin formasını geyinir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR