PSJ-nin prezidentinin həbsi tələb olundu

PSJ-nin prezidentinin həbsi tələb olundu

İsveçrə prokurorluğu Fransa çempionu PSJ-nin prezidenti və "beIN Media Group”un rəhbəri Nasser al-Helaifinin 28 aylıq həbs cəzasını tələb edir.

Sport7.az xəbər verir ki, bu barədə Fransanın məşhur "Ekip" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, o, korrupsiyada ittiham olunur. Belə ki, Nasser al-Xelaifi dünya çempionatları matçlarının yayım hüquqlarının alınması üçün FIFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə günahlandırılır.

"Paris Sen-Jermen”in prezidenti və FIFA-nın sabiq baş katibi dələduzluqda şübhəli bilinirlər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR