PSJ-nin sabiq baş məşqçisi yeni klubda

PSJ-nin sabiq baş məşqçisi yeni klubda
Fransanın "Dijon" klubuna yeni baş məşqçi təyin olunub.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Komandaya Antuan Kombuare başçılıq edəcək. 56 yaşlı mütəxəssislə cari mövsümün sonuna kimi müqavilə bağlanılıb. Fransalı məşqçi bu postda Olivye Dall Ollyunu əvəzləyib.

Qeyd edək ki, Antuan Kombuare 2009 - 2011-ci illərdə PSJ-nin baş məşqçisi olub. O, son olaraq ölkəsinin "Genqam" klubunda işləyib.
 
Xatırladaq ki, "Dijion" Fransa çempionatında 16 xalla 18-ci pillədə qərarlaşıb. 
 
Sport7.az

Xəbər lenti