Putin  9 idmançıya görə 19 milyon avro rüşvət verib

Putin 9 idmançıya görə 19 milyon avro rüşvət verib

Beynəlxalq Dopinqlə Mübarizə Agentliyi daha bir şok məlumat yayıb. Sport7.az xəbər verir ki, məlumatda Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Atletika Federasiyasına rüşvət təklif etməsi qeyd olunub. 

Buna isə 9 rus idmançının dopinq testində "ilişməsi" səbəb olub. Qərara əsasən, həmin idamançılar 2015-ci ildə Rusiyanı heç bir yarışda təmsil edə bilməzdi. Məlumatda qeyd olunur ki, Putin məsələni həll etmək üçün BAF-ın sabiq prezidenti Lamine Diakla razılıq əldə edib. 

Belə ki, 2013-cü ildə Rusiyada keçirilən Atletika üzrə Dünya Çempionatında 6 milyon dollarlıq yayım haqqı əvəzinə, BAF-a 25 milyon ödənilib. Agentlik 19 milyon avronun rüşvət olduğunu bildirir.

Rusiyanın İdman Nazirliyi isə yayılan xəbərləri "gülməli" adlandırb.



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR