Putin Həbib Nurməhəmmədovla görüşdü

Putin Həbib Nurməhəmmədovla görüşdü
Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

Sport7.az xəbər verir ki, görüş "Rusiya - idman ölkəsidir" forumundan sonra baş tutan görüşdə idmançının atası Abdulmanal Nurməhəmmədov da iştirak edib.

İdmançını təbrik edən Rusiya prezidenti onun Konor Makqreqorla görüşdən sonrakı hərəkətinə də münasibət bildirib:

"Əlbəttə, bizə hücum olursa, nəinki sən, hamımız elə tullanardıq. Ancaq yaxşı olardı ki, vəziyyəti bu həddə çatdırmasınlar”.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən döyüşdə Konor Makqreqoru 4-cü raundda məğlub edib. Qarşılaşma bitən kimi Nurməhəmmədov oktaqonu tərk edərək, irlandın komandasının üzvünə hücum edib və nəticədə kütləvi dava düşüb.
 
Sport7.az

Xəbər lenti