Putin millinin üzvlərinə mükafat verəcəkmi?

Putin millinin üzvlərinə mükafat verəcəkmi?
Rusiya prezidenti Vladimir Putin DÇ-2018-dən əldə olunan gəlirin müzakirəsi mərasiminə ölkəsinin millisini də dəvət edib. 

Sport7.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. 

Mərasim Kalininqradda baş tutacaq. Lakin burada DÇ-2018-i 1/4 finalda tərk edən Rusiya millisinə mükafat verilib-verilməyəcəyi bilinmir. 

Qeyd edək ki, Rusiya millisi Xorvatiya yığmasına penallaşma seriyasında uduzub. 
 
Sport7.az

Xəbər lenti