Qadın döyüşçü rəqibinin qulağını qopardı (VİDEO)

Qadın döyüşçü rəqibinin qulağını qopardı (VİDEO)

Meksikada keçirilən UFC qarışıq döyüş növü üzrə qarşılaşmada tamaşaçılar gözlənilməz hadisənin şahidi olublar. 

Sport7.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Meksikada təşkil edilən UFC qarışıq döyüş növləri çempionatında qadın idmançıların qarşılaşması olduqca həyəcanlı anlara səbəb olub. Belə ki, Cessika Ay ilə Lesli Smit adlı idmançıların döyüşündə birinci tərəfin vurduğu zərbə nəticəsində rəqibin qulağı qopub. 

Cessika Ayın vurduğu yumruq qarşılaşmanın taleyini həll edib, Leslinin qan içində olduğunu görən hakim görüşü saxlamalı olub. 

Qeyd edək ki, UFC (tam adı: Ultimate Fighting Championship) — tərcümədə "son hədd mübarizə çempionatı" deməkdir. Bu çempionatdada başqa idman yarışlarında olduğu kimi idmançılar öz çəkilərindəki idmançılarla döyüşürlər (120 kq, 93 kq, 84 kq, 77 kq, 70 kq, 66 kq, 61kq). Döyüşlər qəfəsdə keçirilir və bu qəfəs 8 künclü olur.




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR