Qadın güləşçilərimiz İtaliyada yarışacaq

Qadın güləşçilərimiz İtaliyada yarışacaq

Mayın 23-dən 25-dək İtaliyanın Sassari şəhərində güləş üzrə Matteo Pellikone Memorialı keçiriləcək.

Sport7.az xəbər verir ki, turnirdə ölkəmizi qadın güləşçilərimiz təmsil edəcək. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaq.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR