Qadın güləşçilərimizdən fiasko - ilk mərhələdə uduzdular

Qadın güləşçilərimizdən fiasko - ilk mərhələdə uduzdular

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, üçüncü yarış günündə 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Türkan Nəsirova startda dünya və Avropa ikincisi Emiliya Vukla qarşılaşıb və xalçadan məğlub ayrılıb.
 
Elmira Qəmbərova ilk mərhələdə ötən il Avropa çempionatında 3-cü yer uğrunda görüşdə qalib gəldiyi Angelina Lisakla üz-üzə gəlib. Bu dəfə ukraynalı güləşçi revanş alıb.
 
Püşk ilk mərhələdə İrina Netrebanın qarşısına dünya və Avropa çempionu Alla Çerkasovanı çıxarıb. Təmsilçimiz titullu rəqibinə minimal fərqlə uduzub.
 
Mübarizəyə 1/8 finaldan qoşulan Səbirə Əliyeva ilk görüşdə yunan həmkarından güclü olub. Ancaq 1/4 finalda dünya və Avropa ikincisi Yekaterina Bukina ilə bacarmayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR