Qadın həndbolçulardan ibarət ABU klubu avrokuboklardakı hər iki oyununu səfərdə keçirəcək

Qadın həndbolçulardan ibarət ABU klubu avrokuboklardakı hər iki oyununu səfərdə keçirəcək

Həndbol üzrə avrokubokdaki təmsilcimiz ABU klubu hər iki oyununu səfərdə keçirəcək.

Spot7.Az xəbər verir ki, qitə miqyaslı turnirlərdə Azərbaycanın yeganə təmsilçisi olan komanda "Çelenc Cup”da mübarizəsinə Serbiyada start verəcək. Bakı klubu yarışa 1/16 finalda yerli "Srvena Zvezda” ilə iki dəfə görüşəcək. Noyabrın 15-dəki görüşdə serbiyalılar, ertəsi gün baş tutacaq matçda ABU formal meydan sahibi olacaq. Hər iki oyun Belqradda keçiriləcək. İlk oyun Bakı vaxtı ilə 23:15-də, cavab matçı isə 20:15-də başlayacaq. Qarşılaşmaları Bosniya və Herseqovinadan olan hakimlər Aleksandr Yoviçlə Nedim Arnautoviç idarə edəcək. Sloveniyalı Anya Freser isə EHF nümayəndəsi olacaq. 

Qeyd edək ki, ABU ötən mövsüm "Çelenc Cup”da mübarizəni 1/8 finalda digər Serbiya klubu "Millenium”a uduzmaqla dayandırıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR