Qadın voleybolçularımız ölkə xaricinə yola düşdü

Qadın voleybolçularımız ölkə xaricinə yola düşdü

Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək. 

Sport7.az xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız artıq Bolqarıstana yola düşüb. Millimiz daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq, bununla yanaşı hazırlıq çərçivəsində Bolqarıstan, o cümlədən Rusiya ilə bir neçə yoxlama oyunu da keçirəcək. 

Komandamız turniri qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR