ABŞ dünya çempionatının qalibi oldu

ABŞ dünya çempionatının qalibi oldu

Qadın futbolçulardan ibarət milli komandalar arasında Fransada təşkil olunan dünya çempionatına yekun vurulub.

Sport7.az xəbər verir ki, yarışın final matçında ABŞ və Hollandiya yığmaları üz-üzə gəlib.
 
Görüşdə amerikalılar 2:0 hesablı qələbə qazanıb. ABŞ-a çempionluğu qazandıran qollara 61-ci dəqiqədə penaltidən fərqlənən Meqan Rapinoe və 69-cu dəqiqədə Lavelle imza atıb.

Son üç dünya çempionatında finalda oynayan ABŞ yığması ardıcıl ikinci dəfə mundialın qalibi olub. Bütövlükdə isə sözügedən komanda 4-cü dəfə dünya çempionu olur (1991, 1999, 2015, 2019).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR