"Qalatasaray" azarkeşlərindən maraqlı addım: "Axtarılır"

"Qalatasaray" rəhbərliyinin "bu gün, sabah gələcək" dediyi amma klubu "Vest Hem"lə pul məsələsini yoluna qoya bilmədiyi üçün 2 həftədi ortalıqda olmayan əlcəzairli futbolçu Sofian Fequlini gözləməkdən bezən azarkeşlər maraqlı ideyaya əl atıb.

Sport7.az xəbər verir ki, onlar bir işıq dirəyində Fequli ilə bağlı "Axtarılır" başlıqlı elan yerləşdirib. Elanda "Sofian Fequli adlı adamı görənlərin 0212 305 1905 nömrəli telefona bilgi verməsi rica olunur" sözləri yazılıb. 

Yolu səbirsizliklə gözlənilən futbolçunu isə rəhbərlik birinci gün "Kayserispor"la baş tutacaq matçda "Türk Telekom Stadionu"na gətirməyi planlaşdırır. Mövzu ilə bağlı 27 yaşlı futbolçudan xəbər gözlənilir.

Sport7.az

Xəbər lenti