"Qalatasaray" Bakıya bu tarixdə gələcək

"Qalatasaray"ın Bakıya səfər proqramı bəlli olub. 

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi sentyabrın 16-da Bakıya gələcək. "Sarı-qırmızılar" həmin oyun üçün iştirak ərizəsini də UEFA-ya göndərib. Baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib.
 
Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur. Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.
 
Qapıçılar: Okan Kocuk, Fatih Öztürk
Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.
Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.
Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR