"Qalatasaray" bu futbolçunun keçidini həll etdi

Transfer çalışmalarını davam etdirən "Qalatasaray” daha bir futbolçunu heyətinə qatıb.

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi "Başakşəhər”in yarımmüdafiəçisi İrfan Canın keçidini həll edib. Bu haqda Türkiyə mətbuatı yazıb.

26 yaşlı orta sahə oyunçusunu uzun müddətdir transfer etməyə çalışan "cim-bom” "Başakşəhər” rəhbərliyi ilə, nəhayət ki, ortaq məxrəcə gəlib. Razılığa əsasən, "sarı-qırmızılılar” keçid müqabilində 4,5 milyon avro ödəyəcək. Türkiyə millisinin üzvünün sonrakı satışından da "Başakşəhər” gəlir əldə edəcək. Oyunçu yeni komandası ilə 4,5 illik müqavilə bağlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR