"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Sport7.az xəbər verir ki, bu haqda İstanbul təmsilçisinin tvitter səhifəsində məlumat yer alıb. "Sarı-qırmızılar" İngiltərənin "Brentford" komandasından 22 yaşlı hücumçu Halil Dervişoğlunu icarəyə götürüb.
Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvard mövsümün sonunadək "Qalatasaray"da çıxış edəcək.
Dervişoğlu Niderland klubu "Sparta"nın yetirməsidir.
Sport7.az