"Qalatasaray" daha iki futbolçunun transferini reallaşdırmağa yaxındır

"Qalatasaray” daha iki futbolçunun keçidini həll etməyə yaxındır.

Sport7.az xəbər verir ki, Türkiyə klubu bu dəfə müdafiənin sağ cinahını və yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

"Cim-bom” "Nyukasl”ın müdafiəçisi Deandre Yedlin üçün Premyer Liqa təmsilçisini gözləyir. Türklərlə 3,5 illik şəxsi müqaviləni razılaşdıran ABŞ millisinin üzvü "Nyukasl”dan transfer vərəqəsini almağa çalışır.

İtaliya mətbuatı isə "Benfika”nın yarımmüdafiəçisi Gedson Fernandesin "cim-bom”un formasını geyinməyə hazırlaşdığını yazıb. Hazırda "Tottenhem”də icarə əsasında çıxış edən portuqaliyalı Premyer Liqa klubunda nadir hallarda meydana çıxır. Bu səbəbdən londonlular 22 yaşlı oyunçunun icarə müqaviləsinə xitam verməyi planlaşdırır. Bu baş verərsə, Gedsonu "Qalatasaray” mövsümün sonuna qədər icarəyə götürəcək.

Hələlik Halil Dərvişoğlu və Henri Onyekurunun transferini rəsmiləşdirən "Qalatasaray” Misir klubu "Zamalek”in hücumçusu Mustafa Məhəmmədlə də ilkin razılığa gəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR