"Qalatasaray" Droqbanın həmyerlisini transfer etdi

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" yeni futbolçu alıb.
 
Sport7.az xəbər verir ki, klub Portuqaliya təmsilçisi "Sportinq"dən İdrissa Dumbiyanı transfer edib. İstanbul nəhəngi həm Lissabon təmsilçisi, həm də kot-d'İvuarlı yarımmüdafiəçinin özü ilə anlaşıb.

"Borussiya" (Mönhenqladbax), "Verder", həmçinin Belçika təmsilçiləri "Anderlext" və "Brügge"dən gələn təklifləri rədd edən 22 yaşlı oyunçu sonda "Qalatasaray"ı seçib. Dumbiya cari mövsümü icarə əsasında "sarı-qırmızılılar"ın heyətində keçirəcək.

"Qalatasaray" sentyabrın 17-də "Neftçi"nin qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR