"Qalatasaray" dünya nəhənglərini üstələdi

"El Mundo Deportivo" Avropanın ən çox forma satan klubların siyahısını açıqlayıb. 

Sport7.az xəbər verir ki, siyahıda "Qalatasaray" da var. 

Keçən il Superliqanı 6-cı pillədə tamamlamasına baxmayaraq 368 min forması satılan "Qalatasaray" nəhəng klubları da üstələyib. 

"Mançester Yunayted", "Real", "Barselona", "Bayern"ın başçılıq etdiyi sıyahıda yer alan "Qalatasaray", əzəli rəqibi "Fənərbaxça" ilə yanaşı "Mançester Siti", "Milan", "İnter", "Atletiko"nu geridə qoyub. 
 
Sport7.az

Xəbər lenti