“Qalatasaray” əfsanəvi məşqçi ilə razılaşdı

“Qalatasaray” əfsanəvi məşqçi ilə razılaşdı

Donetskinin "Şaxtyor” komandasının baş məşqçisi Mirça Luçesku bu mövsümün sonunda postundan getməklə bağlı qəti qərar verib. Sport7.Az xəbər verir ki, Bu haqda Türkiyə və Rumıniya KİV-də məlumat yayılıb.

Qeyd edilir ki, gələn ilin may ayında Mister (onu belə adlandırırlar) qərarını elan edəcək. Onun Türkiyənin "Qalatasaray” klubu ilə iki illik müqavilə bağlayacağı gözlənilir.

Ukraynanın Şərqində Rusiyanın dəstək verdiyi terrorçuların fəaliyyəti üzündən "Şaxtyor” klubu ev oyunlarını Lvovdakı "Lvov arena”da keçirmək məcburiyyətindədir.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR