"Qalatasaray" Hollandiya nəhəngindən bu futbolçunu rəsmən istədi

Transfer çalışmalarını davam etdirən "Qalatasaray” daha bir tanınmış futbolçu ilə maraqlanır.

Sport7.az xəbər verir ki, Türkiyə klubu heyətini "Ayaks”ın hücumçusu Kvinsi Promeslə gücləndirmək niyyətindədir. Henri Onyekurunun keçidində "Monako” ilə ortaq məxrəcə gələ bilməyən "sarı-qırmızılılar” alternativ olaraq Niderland millisinin üzvü ilə danışıqlara başlayıb. "Cim-bom” 29 yaşlı oyunçunun icarəyə götürülməsi üçün "Ayaks”a ilk rəsmi təklifini edib.

"Ayaks”a ötən mövsümün əvvəlində "Sevilya”dan keçən Kvinsi Promes 50 oyunda 22 qol vurub, 6 məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR