"Qalatasaray" iki futbolçu ilə vidalaşır

"Qalatasaray” iki futbolçusu ilə yollarını ayıracaq. 

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçuları Sərdar Əziz və Eren Derdiyokla vidalaşacaq.

Bu barədə komandanın baş məşqçisi Fatih Tərim klubun rəsmi "İnstagram” səhifəsinə açıqlamasında deyib. 

"Sərdarı da Ereni də çox istəyirəm və onların karyeralarına, istedadlarına hörmət edirəm. Ancaq bundan sonra bərabər çalışmağımız mümkün olmayacaq. Bizə uyğun futbolçular olmadıqlarını düşünürəm. Bu, bir günlük, bir oyunluq mövzu deyil. Mövsümün qalan hissəsində bizimlə olmayacaqlar. Yolları açıq olsun", deyə mütəxəssis bildirib.
 
Sport7.az

Xəbər lenti