"Qalatasaray" onunla vidalaşdı

"Qalatasaray" futbolçusu Maykonu satıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, 31 yaşlı müdafiəçinin 1 il yarımdır icarə əsasında çıxış etdiyi Ərəbistanın "Əl-Nəsr" klubuna birdəfəlik satmaq qərarı verib. "Qalatasaray" transferdən 1 milyon 430 min avro qazanıb.

Qeyd edək ki, Maykon "Qalatasaray"a 2017-ci ildə 8 milyon avro qarşılığında "San Paulo"dan keçmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR