"Qalatasaray" Tərimlə müqaviləni yeniləyir

"Qalatasaray" baş məşqçisi Fatih Terimə yeni müqavilə təklif edəcək. 
 
Sport7.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. 
 
Xəbərə görə, klub rəhbərliyi  65 yaşlı mütəxəssislə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini daha 3 il artırmaq istəyir.
 
Artıq tərəflər arasında danışıqlar başlanılıb.
 
Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray”ın baş məşqçisi təyin olunan F. Terimin komandası 2017/2018 Türkiyə Super Liqasının qalibi olub. İstanbul klubu bu mövsüm ölkə çempionatda hazırda 18 xalla liderdir.
 
Sport7.az

Xəbər lenti