"Qalatasaray" Uçanla anlaşdı

"Alanyaspor”un yarımmüdafiəçisi Salih Uçan karyerasını "Qalatasaray”da davam etdirəcək.

Sport7.az xəbər verir ki, bunu 27 yaşlı oyunçunun sabiq baş məşqçisi Sait Karafırtınalar deyib.

"Bucaspor”da olarkən Salihə rəhbərlik edən mütəxəssis onun "Qalatasaray”la mövsümün sonu üçün anlaşdığını söyləyib: "Salih mövsümün sonunda "Qalatasaray”a keçəcək. Onun böyük klubda oynamaq təcrübəsi var, "Fənərbaxça” və "Roma”da çıxış edib. Salihin "Qalatasaray”da uğurlu olacağını düşünürəm”.

Uçan "Alanyaspor”a 2019-cu ildə "Empoli”dən keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR