“Qalatasaray” üçün böyük şans

“Qalatasaray” üçün böyük şans

İstanbulun "Qalatasaray” komandasının fanatlarını sevindirəcək hadisə baş verib.

Bu gün Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində lider "Başakşəhər” xal itirib. Abdulla Avcının çalışdırdığı komanda "Ərzurumspor”la oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb. "Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç 90 dəqiqə ərzində qonaq komandanın qapısını inamla qoruyub.

Bir oyunu ehtiyatda olan "Qalatasaray” sabah doğma meydanda "Trabzonspor”u məğlub edə bilsə, liderlə xal fərqi altıya enəcək. Hazırsa "sarı-qırmızılar”ın aktivində 36 xal var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR