"Qalatasaray" yenə qarışdı - Terimin ayaq səsləri

"Kasımpaşa"ya uduzan "Qalatasaray"ın düşərgəsində gərginlik yaşanır.

Sport7.az xəbər verir ki, hakimin final fitindən sonra klub prezidenti Dursun Özbək paltardəyişmə otağına gedib. Orda düz 51 dəqiqə qalan Özbək futbolçularlarla çox sərt dialoqa girib və baş məşqçi İqor Tudordan baş verənlərin səbəbini soruşub.

Xorvatiyalı mütəxəssis komandanın daxilində bəzi problemlər olduğunu etiraf edib, istefa verməyə hazır olduğunu bildirib.

Türkiyənin tanınmış idman yazarları Tudorun gəlişinin ilk günlərindən belə ssenarini təxmin etmişdilər və Tudoqun Fatih Terimin "Qalatasaray"a gəlişindən əvvəl keçici baş məşqçi olduğunu vurğulamışdılar. Deməli, Terimin "Qalatasaray"a gətiriləcəyi gün də uzaqda deyil.

Sport7.az

Xəbər lenti