"Qalatasaray"a daha bir koronavirus şoku

"Qalatasaray" camiəsinin daha bir üzvünün koronavirusa yoluxduğu müəyyənləşib.

Sport7.az xəbər verir ki, klub prezidentinin köməkçisi Yusuf Günay Tvitter hesabında pandemiyadan qaça bilmədiyini yazıb:

"Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdı, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkür edirəm".

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də qlobal infeksiyaya yoluxub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR