"Qalatasaray"da yeni qapıçı

"Qalatasaray” daha bir futbolçunu heyətinə qatıb.

Sport7.az xəbər verir ki, "Kasımpaşa”nın qapıçısı Fatih Öztürk İstanbul nəhənginə transfer olunub.

Əsas qapıçısı Fernando Muslera zədə səbəbindən uzun müddət komandadan ayrı qalacağı üçün boş qalmış çərçivə 34 yaşlı Öztürkə tapşırılıb. Təcrübəli qolkiper yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

"Qalatasaray” yay fasiləsində buna qədər Arda Turan, Oğulcan Çağlayan və Əmrə Kılınçı transfer edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR